AZ

Tramp Si Cinpinlə bağlı iddianı təkzib etdi

ABŞ Prezidenti Donald Tramp “Financial Times” nəşrinin Çin lideri Si Cinpin  barədə yaydığı məlumatı təkzib edib.

Redaktor.az-ın məlumatına görə, Ağ Evin “YouTube” kanalında yayımlanan brifinq zamanı jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, Si Cinpin Rusiya və Ukrayna ilə bağlı mediada iddia olunduğu kimi fikir səsləndirməyib.

“Xeyr, o, heç vaxt belə bir şey deməyib”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, “Financial Times” nəşri ötən həftə Vaşinqtonda keçirilən görüş zamanı Si Cinpinin Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamaq qərarından peşman ola biləcəyini dediyini yazmışdı.

Aytəkin TOFİQQIZI

Seçilən
42
1
redaktor.az

2Mənbələr