AZ

“Gələcəkdə Le-Man marafonunda iştirak etmək istəyirəm”

Formula 1-in hazırkı çempionu və “Maklaren” komandasının pilotu Lando Norris gələcək planlarından danışıb.

90deqiqe.Az xəbər verir ki, britaniyalı sürücü gələcəkdə dözümlülük yarışlarında özünü sınamaq və məşhur “24 saat Le-Man” marafonunda iştirak etmək istədiyini bildirib.

“Mənə elə gəlir ki, gələcəkdə başqa şeyləri də sınamaq istəyirəm — məsələn, Le-Manda çıxış etmək. Hazırda ‘Maklaren’dəyəm və komanda da Le-Manda iştirak edir, buna görə də bəlkə bir gün bu baş verər.

Amma hələ gənc olduğumu da anlayıram, ona görə bu barədə ciddi düşünməyə vaxtım olmayıb. Gələcəkdə övladlarım olsa və onlar da yarışlara maraq göstərsələr, o zaman bu hekayəni yenidən yaşaya bilərəm”, – deyə Norris komandanın “YouTube” kanalına verdiyi videomüsahibədə bildirib.

Qeyd edək ki, “Maklaren” 2027-ci ildə dözümlülük üzrə dünya çempionatının (WEC) ən yüksək kateqoriyası olan “Hiperkar” sinfində yarışlara və “24 saat Le-Man”a geri dönəcək.

Seçilən
34
90deqiqe.az

1Mənbələr