“Çelsi”nin yeni baş məşqçisi Xabi Alonso “Real Madrid”in hücumçusu Kilian Mbappeni London klubuna transfer etməkdə maraqlıdır.
Publika.az xəbər verir ki, bu barədə “Football365” nəşri məlumat yayıb.
Məlumata görə, İngiltərə klubu artıq futbolçunun həm də meneceri olan anası ilə əlaqə saxlayıb. Xabi Alonso özü də Mbappeni “Stemford Bric”də görməkdə israrlıdır.
Qeyd edək ki, Xabi Alonso “Real”da işlədiyi dövrdə futbolçu ilə yaxşı münasibətə malik olub.
Kilian Mbappe isə açıq şəkildə “Real Madrid”in heyətində dördüncü hücumçu olmaqdan narazılığını dilə gətirib.