AZ

Pentaqon İrandakı məktəbə zərbə ilə bağlı araşdırmanı başa çatdırmayıb

ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper bildirib ki, Pentaqon İranın Minab şəhərində ibtidai məktəbə raket zərbəsi ilə bağlı təxminən üç aydır davam edən araşdırmanı hələ yekunlaşdırmayıb.

APA xəbər verir ki, o, bu barədə Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə danışıb.

Kuperin sözlərinə görə, araşdırma mürəkkəb xarakter daşıyır.

“Həmin məktəb İran İnqilab Keşikçiləri Korpusunun fəaliyyətdə olan qanadlı raket bazasının ərazisində yerləşir. Buna görə də məsələ adi zərbələrdən daha mürəkkəbdir”, - admiral bildirib.

O əlavə edib ki, araşdırma başa çatdıqdan sonra nəticələr barədə tam şəffaf məlumat təqdim ediləcək.

Seçilən
34
2
apa.az

3Mənbələr