Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Firdovsi Atakişiyev İctimai TV-nin məşhur "Maska" şousunda canlandırdığı “Dönər” obrazından danışıb.
Axşam.az xəbər verir ki, “Günə uğurla” verilişində qonaq olan aktyor seçdiyi obrazın imicinə uyğun olmadığını bildirib:
“Maska” dünya televiziya məkanının ən möhtəşəm şoularından biridir. Elə bir şoudur ki, orada aqressiya yoxdur, yalnız xoş və şirin rəqabət var. Oktyabr ayından bu layihə həyatımın bir hissəsinə çevrilmişdi. İki gün əvvəl isə artıq maskanı çıxardım və rahatlaşdım. Çünki artıq ikili həyat sürməyəcəyəm. Hamını aldadır, yalan danışırdım. O maskanın arxasında kimin olduğunu heç kim bilmirdi. Buna görə rahat idim. Onun içində olmaq o qədər yaxşı idi ki, bəzən hayqırıb demək istəyirdim ki, “Maska” şousundayam. Çünki elə bir obraz seçmişdim ki, imicimə, xasiyyətimə və həyat tərzimə uyğun deyildi. Amma mən bu obrazı özümünküləşdirdim. Bu da tamaşaçıların xoşuna gəldi. Onların rəylərini oxuyuram və çox sevinirəm ki, indiyədək etdiklərim hədər getməyib. Hamı məni şəxsiyyət kimi tanıyırdı, bu obrazla isə onları təəccübləndirdim. Bu mənim üçün çox xoşdur”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.