Elm və təhsil naziri Emin Əmrullayev "Times Higher Education" (THE) beynəlxalq reytinq agentliyinin qlobal məsələlər üzrə baş icraçı direktoru Fil Beyti ilə görüşüb.
"Far.Az" xəbər verir ki, bu barədə E. Əmrullayev "X" sosial şəbəkə hesabında yazıb.
Görüşdə Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdəki mövqeyi, əldə olunan irəliləyişlər və ali təhsilin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Dünya Təhsil Forumu çərçivəsində “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin qlobal məsələlər üzrə baş icraçı direktoru Fil Beyti ilə görüş keçirdik.
— Emin Amrullayev (@EminAmrullayev) May 19, 2026
Görüşdə Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdəki mövqeyi, əldə olunan irəliləyişlər və ali… pic.twitter.com/0sqnhQLcV5