AZ

Leysan yağışların yaratdığı daşqınlarda ən azı 12 nəfər ölüb

Çinin mərkəzi və cənubunda leysan yağışların yaratdığı daşqınlarda ən azı 12 nəfər ölüb.

«Reuters” agentliyinin məlumatına görə, bölgədəki məktəblər və ofislər bağlıdır, ictimai nəqliyyat dayandırılıb və elektrik kəsintiləri davam edir. Təxliyə işləri aparılır.
Quansi əyalətində ən azı səkkiz nəfərin daşıdıqları yük maşınının dalğalı çaya düşməsi nəticəsində öldüyü bildirilir.

Hubei əyalətində daha üç nəfər evlərin su altında qalması nəticəsində ölüb. Bəzi ərazilərin sakinləri insanların üzərək balıq tutduqlarını və su basmış küçələrin foto və videolarını paylaşırlar. Çin meteoroloqları şiddətli hava şəraitini Benqal körfəzi, Cənubi Çin dənizi və Sakit okeandan eyni vaxtda gələn su buxarının güclü birləşməsi ilə əlaqələndirirlər.

Nəticədə təxminən 1000 kilometr əraziyə yağış yağdı. Bir çox yerdə meteoroloqlar rekord səviyyələrdə yağış yağdığını bildirirlər.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr