ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərə nəhəngi "Mançester Siti" bu yay heyətində köklü dəyişikliklər etməyə hazırlaşır.
Milli.Az xəbər verir ki, klub rəhbərliyinin komandadan göndərməyi planlaşdırdığı və ya ayrılmağa yaxın olan futbolçuların geniş siyahısı müəyyənləşib.
"Şəhərlilər" həm maliyyə balansını qorumaq, həm də heyəti gəncləşdirmək məqsədilə 10 oyunçu ilə yollarını ayıra bilər.
Siyahıda komandanın əsas ulduzları ilə yanaşı, gənc istedadların da adı yer alıb:
Ömər Mərmuş
Rodri
Yoşko Qvardiol
Savinyo
Ticani Reynders
Cek Qriş
Mateo Kovaçiç
Kalvin Fillips
Natan Ake
Ceyms Trafford
Siyahıda Rodri və Yoşko Qvardiol kimi əvəzedilməz fiqurların, eləcə də komandaya yeni qoşulmuş Ömər Mərmuş və Ticani Reynders kimi adların yer alması futbol ictimaiyyətində böyük təəccüb doğurub.
Bu gedişatın "Mançester Siti"də gözlənilən baş məşqçi dəyişikliyi və klubun gələcək yeni layihəsi ilə bağlı olduğu ehtimal edilir. (Offsideplus.az)
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.