AZ

Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi

Ermənistanda Baş nazir Nikol Paşinyanla mübahisə edən qarabağlı “siyasətçi” Artur Osipyan barəsində açılmış cinayət işinin daha ağır maddə ilə tövsif edildiyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə Osipyanın vəkili Roman Yeritsyan məlumat yayıb.

Vəkilin sözlərinə görə, Artur Osipyan hazırda saxlanılan şəxs statusunda həbsdə qalır və onun müdafiəçiləri ilə görüşməsinə imkan verilmir. Yeritsyan istintaq hərəkətlərinin “ildırım sürəti” ilə aparıldığını bildirib və yaxın vaxtlarda məhkəməyə həbs-qətimkan tədbiri seçilməsi üçün müraciət ediləcəyini istisna etməyib.

Məlumata görə, Osipyan Nikol Paşinyanla bağlı sosial şəbəkədə paylaşdığı sərt ifadələrdən sonra saxlanılıb. Ermənistan parlamentinin sədri Alen Simonyan həmin paylaşımı canlı efirdə Paşinyana göstərib.

Bundan sonra Artur Osipyanın saxlanıldığı, onun Facebook səhifəsinin isə silindiyi bildirilir.

 

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr