AZ

Si Cinpinqin Türküstan səfəri niyə simvolik sayılır?

Jurnalist İbrahim Nəbioğlu sosial şəbəkə hesabında Xi Jinpingin Türk dünyası liderlərinin ardınca Türküstana səfərini şərh edib. O bildirib ki, bu hadisə təkcə diplomatik səfər deyil, həm də böyük geosiyasi və simvolik məna daşıyır.

İbrahim Nəbioğlu qeyd edib ki, Türküstan artıq sadəcə tarixi şəhər statusundan çıxaraq yenidən Avrasiyanın mühüm cazibə mərkəzlərindən birinə çevrilməkdədir. Onun fikrincə, dünyada gedən dəyişikliklər fonunda Böyük Çöl bölgəsi yeni geosiyasi, logistika və mədəni güc mərkəzi kimi diqqət çəkməyə başlayıb.

Paylaşımda vurğulanıb ki, Si Cinpinq qazaxlar arasında böyüdüyü üçün bozqır mədəniyyətinə, köçəri sivilizasiyanın ruhuna və türk dünyasının tarixi dəyərlərinə yaxından bələddir. Müəllif hesab edir ki, Çin lideri Türküstanın tarixi və sakral əhəmiyyətini yaxşı anlayır.

Jurnalist həmçinin ehtimal edib ki, gələcəkdə Türküstana digər dünya liderlərinin, hətta Donald Trumpın da səfərləri mümkün ola bilər.


İbrahim Nəbioğlu əlavə edib ki, Türküstanın yüksəlişi artıq qlobal güclərin diqqətindən yayınmır və şəhər “çox möhtəşəm şəkildə geri qayıdır”.


Seçilən
56
news365.az

1Mənbələr