AZ

"Arsenal" İngiltərə çempionu oldu

“Arsenal” İngiltərə Premyer Liqasını qazanıb.

Fanat.Az xəbər verir ki, Mikel Artetanın rəhbərlik etdiyi komanda çempionluğu erkən təmin edib.

“Mançester Siti” 37-ci turda “Bornmut” ilə oyunda qələbə qazana bilmədikdən sonra (1:1), “Arsenal”ın titulunu rəsmiləşdirib.

Beləliklə, turnirin bitməsinə 1 tur qalmış “topçular”ın 82 xalı var və Pep Qvardiolanın komandası onlara artıq çata bilməyəcək.

Tarixində 14-cü dəfə bu ada sahib olan “Arsenal” 2003/04 mövsümündən sonra ilk dəfə İngiltərə çempionu olub.

Seçilən
0
3
fanat.az

4Mənbələr