AZ

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

Bakı, 20 may, AZƏRTAC

ABŞ Hind okeanında İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, sözügedən gəmi ABŞ hakimiyyətinin mart ayında sanksiya tətbiq etdiyi “Skywave” tankeridir. Məlumata əsasən, çərşənbə axşamı gəmi Malayziyanın qərb sahilləri yaxınlığında yerləşirdi.

Bu, İranla bağlı qarşıdurmanın başlanmasından bəri ABŞ tərəfindən ələ keçirilən üçüncü neft tankeridir. Aprel ayında ABŞ hakimiyyəti “Majestic X” və “Tiffany” gəmilərini də saxlayıb.

Seçilən
71
6
azertag.az

7Mənbələr