Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərə idmandan uzaq qalmamağı tövsiyə edib.
Musavat.com xəbər verir ki, Ərdoğan həftədə 3 gün basketbol oynadığını bildirib.
“Səhər 68 xal topladım. İdmandan qaçmaq olmaz. Mən 16 yaşında futbola başlamışam. İndi futbola ara vermişik, amma basketbolla davam edirik”, - Türkiyə Prezidenti deyib.
Ərdoğan gənclərə sağlam həyat tərzi üçün idmanı gündəlik həyatın bir hissəsinə çevirməyi məsləhət görüb.
Musavat.com