Mayami prokurorlarına Venesuela Prezidenti Nikolas Maduroya qarşı yeni ittihamlar hazırlamaq tapşırılıb.
Redaktor.az xəbər verir ki, bu haqda “CBS” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
“Yeni təhqiqat Maduronun yaxın iş yoldaşı olan, Venesuelanın Sənaye və Milli İstehsalat naziri vəzifəsində çalışmış Aleks Saabın ABŞ-yə deportasiya edilməsindən və Venesuela hökumətinin ərzaq yardımı proqramı ilə bağlı çirkli pulların yuyulmasında iştirakda ittiham olunmasından sonra başlayıb”, - hesabatda deyilir.