Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın birinci raketkası, italyan tennisçi Yannik Sinner dopinq qalmaqalı ilə bağlı təcrübəsindən danışıb.
İdman.biz-in məlumatına görə, o, “L'Equipe” nəşrinə verdiyi müsahibədə nahaq yerə günahlandırılmasından və bu səbəbdən aylarla peşəkar kortdan kənarda qalmasından bəhs edib.
“Diskvalifikasiyadan əvvəlki aylar xüsusilə çətin idi, çünki bu barədə heç kimlə danışa bilmirdim. Kortda çox kədərli görünürdüm və bu, həqiqət idi. Özümü sərbəst hiss etmirdim. Amma inanıram ki, heç nə təsadüfən baş vermir. Əminəm ki, bütün bunlar məni daha güclü etdi. Əsl dostlarımın kim olduğunu anladım və bu da mənə kömək etdi. Deməzdim ki, bu, məni mütləq dəyişdirdi, amma nəyisə anlamağıma səbəb oldu.
Bu, çətin bir epizod idi. Yol vermədiyim bir səhvə görə əvəz ödəməli olduğum üçün bunu keçmək çətin idi. Bir səhər bütün bunları müsbət bir şeyə çevirmək fikri ilə oyandım. Ailəmlə vaxt keçirdim və sonra işə qayıtdım, idman zalına çox vaxt ayırdım. Romadakı turneyə qayıdanda xoşbəxt və rahat idim. Sadəcə o andan zövq almaq istəyirdim və aldım da. Bundan sonra əla tennis oynadım” - L'Equipe Sinner-dən sitat gətirib.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.