AZ

İngiltərə Premyer Liqası: "Çelsi" "Tottenhem"i məğlub edib

"Çelsi" İngiltərə Premyer Liqasının XXXVII turunun son oyununda "Tottenhem"i 2:1 hesabı ilə məğlub edib.

"Far.Az"un məlumatına görə, oyun Londondakı "Stemford Bric" stadionunda baş tutub.

"Çelsi"nin heyətində Entso Fernandes (18-ci dəqiqə) və Andrey Santos (67-ci dəqiqə) fərqləniblər. "Tottenhem"in yeganə qolunu isə Rişarlison (74-cü dəqiqə) vurub.

"Çelsi" bu qalibiyyətlə Premyer Liqada yeddi oyunluq qələbəsizlik seriyasına son qoyub və 52 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşıb. Komanda son turda səfərdə "Sanderlend"lə qarşılaşacaq.

"Tottenhem" yarış cədvəlində 38 xalla 17-ci yerdədir və "Vest Hem"dən iki xal irəlidədir. Son turda "Tottenhem" "Everton"u, "Vest Hem" isə "Lids"i qəbul edəcək. Matçların hamısı mayın 24-də baş tutacaq.

Seçilən
103
2
far.az

3Mənbələr