Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Atletiko Madrid”in hücumçusu Antuan Qrizmann mövsümün sonunda sosial şəbəkə hesabından klubun azarkeşlərinə vida mesajı paylaşıb.
İdman.Biz-in məlumatına görə, mesajda deyilir:
“Təşəkkür edirəm! Sevginizə görə təşəkkür edirəm! Çox ağladım, amma bu xoşbəxtlik və qürur göz yaşlarını heç vaxt unutmayacağam. Heç vaxt!
Bu, peşəkar futbolçu kimi yaşadığım ən xüsusi, ən gözəl gecədir. Sizinlə birlikdə mən bundan bir uşaq kimi zövq aldım. Sizin 7 nömrəli oyunçunuzla fəxr etməyiniz üçün çox çalışdım, amma heç vaxt düşünməzdim ki, mənə sevgidə bu qədər inanılmaz bir dərs verəcəksiniz.
Sizi sevirəm, “kolçoneros”!
Sizi sevirəm, “atletikolular”!
Sizi sevirəm, yoldaşlar!
Sizi sevirəm, “Atletiko Madrid!”.
Bu yay Qrizmann Böyük Futbol Liqasına (MLS) keçəcək və orada “Orlando Siti”də oynayacaq.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.