AZ

Pensiyası arta biləcək şəxslər açıqlandı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması mexanizminin təkmilləşdirilməsi gündəmə gəlib. Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında imzalanan 2026-2028-ci illər üzrə Baş Kollektiv Sazişdə bu istiqamətdə təkliflərin hazırlanmasının vacibliyi vurğulanıb. Sənəddə həmçinin pensiya sisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətlərdə şəffaflığın artırılması da əsas hədəflərdən biri kimi göstərilib.Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda qulluq stajına görə əmək pensiyalarının təyin edilməsi hazırda 10 ildən 15 ilə qədər və 25 ilə qədər olan iş və qulluq stajı əsasında hesablanır:“Nəticə etibarilə, qulluq müddətinə uyğun olaraq pensiya məbləğləri müəyyən edilir. “Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsində qeyd olunur ki, müvafiq olaraq sonuncu maaş və ya qulluq stajının müddətinə görə orta məbləğ əsas götürülür. Hazırda hökumət daha differensial yanaşma əsasında əmək pensiyalarının təyin olunması ilə bağlı təkliflər irəli sürür. Burada əsas məqsəd yalnız qulluq stajını deyil, ümumi stajın daha ədalətli şəkildə nəzərə alınmasıdır. Təklif olunan dəyişikliklər növbəti mərhələdə indeksləşdirmə zamanı pensiyaların baza hissəsinin artmasına səbəb ola bilər. Eyni zamanda dövlət qulluğunda çalışanların, hərbi və hüquq-mühafizə orqanlarında xidmət edən şəxslərin pensiya təminatının daha da yaxşılaşdırılması nəzərdə tutulur”.O deyib ki, dəyişikliklərə əsasən ilkin mərhələdə 15 ilə qədər qulluq stajı əsas meyar kimi götürüləcək:“15 ildən sonrakı dövrlərdə isə sonuncu məvacib əsas göstərici kimi tətbiq olunacaq. Bu yanaşma xüsusilə aşağı dərəcəli dövlət qulluqçuları, sıravi hərbi qulluqçular və hüquq-mühafizə orqanlarında çalışan şəxslərin pensiya məbləğinin artmasına şərait yarada bilər. Bu baxımdan təklif olunan mexanizmin daha ədalətli, şəffaf və rəqəmsal pensiya təyinatı üçün daha uyğun model olduğu hesab edilir”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
demokrat.az

1Mənbələr