Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Britaniyanın ABŞ-dakı səfir müavini Ceyms Rosko qəfil vəzifəsindən azad edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı "The Times" qəzeti yayıb.
Qəzetin məlumatına görə, Vaşinqtondakı ikinci ən yüksək vəzifəli britaniyalı diplomatı işdən çıxarmaq, Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə olunan gizli məlumatların sızması ilə bağlı aparılan araşdırma ilə əlaqəlidir. Məqalədə qeyd olunur ki, bu sızıntı nəticəsində son həftələrdə medianın əlinə İranla müharibə ilə bağlı britaniyalı nazirlərin bəyanatları keçib.
Qəzet yazır ki, diplomatı vəzifədən azad etmək gözlənilməz olub və 19 may tarixində elektron poçt vasitəsilə məlumatlandırılan səfirlik əməkdaşlarına bu qərarın səbəbi bildirilməyib.
2025-ci ilin sentyabrında ABŞ-dakı britaniya səfiri Piter Mandelsonun vəzifədən getməsindən sonra, Rosko beş ay ərzində səfirliyin işlərini icra edib. O, xüsusilə ötən il ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfərinin, həmçinin 2026-cı ilin aprelində Kral III Çarlzın ABŞ-a rəsmi səfərinin təşkili işində fəal rol oynayıb.
Rosko səfirlik postuna namizəd kimi nəzərdən keçirilirdi, lakin sonunda 2025-ci ilin dekabrında bu vəzifə KİV-də karyera diplomatı və Birləşmiş Krallığın BMT-dəki keçmiş daimi nümayəndəsi Kristian Ternerə həvalə olunub.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.