AZ

Prezident Tramp, biz sakitləşməyəcəyik! - Delsi Rodrigez

Venesuela prezidenti Delsi Rodrigez ABŞ prezidenti Donald Trampa müraciət edərək ölkəsinə qarşı iqtisadi sanksiyaları ləğv etməsini istəyib.

Musavat.com xəbər verir ki, o, dövlət televiziyasındakı çıxışı zamanı bir daha Trampa müraciət edib: "Venesuelaya qarşı kifayət qədər sanksiyalar var. Prezident Tramp, Venesuela sənayemiz üzərində həddindən artıq nəzarət tətbiq edən və onların tam inkişafına maneələr yaradan sanksiyalardan azad olana qədər biz sakitləşməyəcəyik".

Prezident qeyd edib ki, o və ABŞ prezidenti qarşılıqlı hörmət münasibətləri qurublar və iki ölkə arasında diplomatik əməkdaşlıq sayəsində Amerika lideri sanksiyaların qaldırılmasını dəstəkləməkdə birləşən Venesuela xalqını dinləməlidir.

Musavat.com 

Seçilən
48
1
musavat.com

2Mənbələr