AZ

Müctəba Xamenei ilə bağlı sensasiya: buna görə yoxa çıxıbmış – VİDEO

İranın ali rəhbəri Müctəba Xamenei ilə bağlı heç bir məlumat yoxdur. Nə çıxış edir, nə də səs yazısı yayılır. Bəzi insanlar buna gülür: “Məgər bir insanın yerini səsdən tapmaq olar?” Amma problem ondadır ki, texnologiyanın nə qədər irəlilədiyini bilmirlər. Bu gün artıq təkcə GPS izlənməsi yoxdur, səsin özü də iz buraxa bilir.

Turkustan.az xəbər verir ki, bu barədə “Bulaq TV”-nin araşdırmasında bildirilib.

“Birinci məsələ ENF analizidir, yəni elektrik şəbəkəsinin görünməyən izi. Hər ölkənin elektrik sistemində saniyə-saniyə dəyişən mikroskopik tezlik dalğalanmaları olur. İnsan qulağı bunu eşitmir, amma mikrofonlar və kameralar bəzən həmin siqnalları qeydə alır. Daha sonra səs yazısındakı bu siqnallar ölkənin elektrik şəbəkəsinin ritmləri ilə müqayisə edilir və təxmini olaraq səsin hansı saatda, hansı bölgədə yazıldığı müəyyənləşdirilə bilir.

İkinci məsələ “acoustic fingerprinting”, yəni məkanın səs izidir. Hər otağın akustikası fərqlidir: divarın materialı, otağın ölçüsü, tavanın hündürlüyü, əşyaların yerləşməsi. Bunların hamısı səsin əks olunma formasını dəyişir. İnsan bunu hiss etmir, amma süni intellekt analiz edə bilir. Əks-sədalara baxaraq otağın tipi, təxmini ölçüsü, hətta bəzi hallarda konkret məkan barədə belə nəticələr çıxarmaq mümkün olur.

Üçüncü məsələ isə metadata məlumatlarıdır. Bir çox telefon və kamera faylın içində cihaz modeli, çəkilmə vaxtı, bəzən isə GPS məlumatı kimi detalları saxlayır.

Yəni məsələ artıq təkcə üzün görünməsində deyil. Bu dövrdə bir neçə saniyəlik səs belə insanın harada olduğunu, necə bir məkanda olduğunu və hansı cihazdan istifadə etdiyini ortaya çıxara bilər.

Buna görə də bəzi yüksək səviyyəli şəxslər aylarla görüntü və ya səs paylaşmırlar. Çünki müasir müharibədə bəzən bir cümlə belə koordinata çevrilə bilir”, – deyə qeyd edilib./Globalinfo.az/

Seçilən
1
1
turkustan.az

2Mənbələr