AZ

Əgər İran bunu etməsə, NATO əməliyyata başlayacaq

NATO-da İran iyulun əvvəlinə qədər Hörmüz boğazındakı blokadanı aradan qaldırmasa, kommersiya gəmilərinin keçidini təmin etmək üçün xüsusi missiyanın başladılması ehtimalı müzakirə olunmağa başlanıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi Alyansdakı mənbələrə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, ideya artıq NATO-ya üzv bir neçə ölkə tərəfindən dəstəklənir, lakin hələlik ümumi razılıq yoxdur. Yekun qərarın 7–8 iyul tarixlərində Ankarada keçiriləcək alyans sammitində müzakirə olunacağı gözlənilir.

NATO-nun Avropadakı birgə qüvvələrinin ali baş komandanı Aleksus Grinkeviç belə bir ssenarinin nəzərdən keçirildiyini təsdiqləyib:

“Əvvəlcə siyasi qərar qəbul edilməlidir, sonra isə rəsmi planlaşdırma aparılmalıdır. Mən bu barədə düşünürəmmi? Tamamilə bəli”.

Eyni zamanda NATO-da etiraf edirlər ki, təhlükəsiz gəmiçiliyə zəmanət vermək çətin olacaq. Hətta ABŞ-ın regionda gəmilərin keçidini təmin etmək üçün əvvəlki cəhdi də qısamüddətli olmuşdu. /axar.az/

Seçilən
3
2
turkustan.az

3Mənbələr