AZ

Şirkətlər ilk rübdə mənfəətindən büdcəyə 2.1 mlrd. manat vergi ödəyiblər – Son üç ilin maksimumu

Azərbaycanda şirkət və təşkilatlar 2026-cı ilin ilk rübü üzrə mənfəətindən dövlətə 2 milyard 102,1 milyon manatlıq vergi ödəyiblər. Bununla belə, bu 2023-cü ildəki səviyyəyə gəlib çata bilməyib.

Banker.az xəbər verir ki, bu illik müqayisədə 180 milyon manat və ya 9 faiz çoxdur.

Hüquqi şəxslərin vergi ödənişlərinin həcmi ümumi büdcə gəlirlərində 21,9 faiz paya sahib olub. Bu şəxslər keçən ilin eyni dövründə büdcəyə cəmi 1 milyard 922,1 milyon manat ödəniş etmişdilər.

Dövlət büdcəsinə şirkətlər büdcəsindən 2023-cü ildə 2 milyard 913,6 milyon manat vergi ödəmişdilər.

Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.

Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.

Məsələn, müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olub. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amotizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olub. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaq. Vergi mənfəəti olacaq 217 500 manat, mənfəət vergisi isə 43 500 manat.

Seçilən
36
banker.az

1Mənbələr