AZ

İranla gərginlik artır: Almaniyadan Türkiyəyə "Patriot" dəstəyi

Almaniya NATO-nun cənub-şərq cinahında hava müdafiəsini gücləndirmək üçün Türkiyəyə müvəqqəti olaraq "Patriot" raketdən müdafiə sistemi yerləşdirəcək.

Publika.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, yerləşdirmə iyun ayının sonunda başlayacaq və sentyabr ayına qədər davam edəcək.

Məlumata görə, Almaniyanın Husum şəhərindən göndəriləcək bölmə 150 ​​əsgərdən ibarətdir. Alman bölməsinin Türkiyədəki missiyasını başa çatdıracaq ABŞ bölməsini əvəz edəcəyi bildirilib.

Həmçinin, açıqlamada bu addımın NATO hava məkanının qorunmasında ədalətli yük bölgüsünə xidmət etdiyi vurğulanıb.

Seçilən
24
publika.az

1Mənbələr