AZ

“Neftçi”nin Avropadakı ilk rəqibləri bəlli olur

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Neftçi” futbol komandası 2026/2027 mövsümündə UEFA Konfrans Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq.

İdman.Biz xəbər verir ki, Misli Premyer Liqasında sona bir tur qalmış dördüncü yeri təmin edən “ağ-qaralar” qitə turnirinə vəsiqəni rəsmiləşdirib. Bakı təmsilçisi 32 oyundan sonra 56 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

6,500 əmsala malik “Neftçi” birinci təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər sırasında yer alacaq. 2026/2027 mövsümü üçün UEFA Konfrans Liqası səpələnmə siyahısında Bakı klubu məhz bu əmsalla səpələnmiş komandalar sırasında göstərilib.

“Neftçi”nin ümumi səpələnmə siyahısına görə 26 mümkün rəqibindən 17-si artıq bəllidir. Bunlar Latviyanın “Liepaya”, Finlandiyanın “İlves” və “İnter Turku”, Andorranın “UE Santa Koloma”, Uelsin “Connah’s Quay”, “Penibont” və “Kaernarfon Taun”, İrlandiyanın “Bohemians”, İslandiyanın “Styarnan”, Cəbəllüttariqin “Europa”, Kosovonun “Malişeva”, Qazaxıstanın “Yelimay”, Litvanın “Hegelmann”, Farer adalarının “Runavik”, Şimali İrlandiyanın “Qlentoran”, Maltanın “Marsaxlokk” və Estoniyanın “Nomme Kalyu” komandalarıdır.

UEFA-nın təqviminə əsasən, Konfrans Liqasında birinci təsnifat mərhələsinin püşkü 16 iyunda atılacaq. Bu raundun ilk oyunları 9 iyulda, cavab qarşılaşmaları isə 16 iyulda keçiriləcək.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
icma.az

1Mənbələr