Son səkkiz ildə Ermənistan hakimiyyəti Rusiyanın regionda və ya Ermənistandakı həyati əhəmiyyətli maraqlarına qarşı heç bir təsirli addım atmayıb.
Publika.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan deyib.
"Ermənistan KTMT və AİB-in üzvü olaraq qalır, Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı olaraq qalır, Ermənistanın atom elektrik stansiyası Rusiya ilə birgə saxlanılmağa davam edir və Rusiya hərbi bazası Ermənistanda yerləşir. Buna görə də, suverenlik iddiaları və Rusiyanın təsirindən qurtulmaq üçün atılan addımlar iddiası, tamamilə əsassızdır.
Aşağı və orta səviyyələrdə mövcud olan şifahi mübahisələrə gəldikdə, onlar sırf ritorik xarakter daşıyır. Lakin ən yüksək səviyyələrdə münasibətlər olduqca istidir və təmaslar aktivdir (yeri gəlmişkən, Ukrayna və Gürcüstanın Avropayönlü liderləri ilə belə münasibətlər mövcud olmayıb).