İranın Hörmüzgan əyalətinin Laft bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Tehran Universiteti Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 03:10-da, 20 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin episentrinin Laftdan 19 kilometr məsafədə olduğu bildirilib.