AZ

UN-Habitatın layihə rəhbəri: WUF-un 13-cü Sessiyası son dərəcə mühüm əhəmiyyət kəsb edir

Bakı, 20 may, AZƏRTAC

WUF-un 13-cü Sessiyası son dərəcə mühüm əhəmiyyət kəsb edir. Çünki bu tədbir qarşılaşdığımız qlobal və ciddi çağırışları müzakirə etmək üçün bütün maraqlı tərəfləri - yerli icmaları, əlilliyi olan şəxsləri, həssas qrupları, hökumətləri, özəl sektoru, elmi dairələri və tədqiqat institutlarını bir araya gətirən möhtəşəm bir platformadır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Filippin Ofisinin təmsilçisi və xüsusi layihə rəhbəri Reynero Flores deyib.

O bildirib ki, hazırda dünya mənzil böhranı, iqlim dəyişikliyi, nəqliyyat və münaqişələrlə bağlı çoxşaxəli problemlərlə üz-üzədir. Məhz buna görə də, vahid bir planet və vahid bir bəşəriyyət olaraq hamımızın bir araya gəlməsi, bu çətinlikləri müzakirə etməsi və hər kəsin rifahına xidmət edəcək ortaq həll yolları tapması çox vacibdir.

"Ümid edirəm ki, bu qlobal problemlər, xüsusilə aztəminatlı və köməksiz insanların maraqlarına xələl gətirmədən həllini tapacaq. Məncə, urbanizasiya prosesi elə qurulmalıdır ki, icmalardakı ehtiyac sahibi olan insanlar da bu inkişafın üstünlüklərindən yararlansın və onların rifahı daha da yüksəlsin", - deyə Reynero Flores əlavə edib.

Seçilən
0
1
azertag.az

2Mənbələr