AZ

Bu ölkədə cəhənnəm yaşanır: Turistlər hər yeri tutub, yerli sakinlər evlərinə qapanıb

İtaliyanın məşhur kurort şəhərləri yay mövsümü başlamamış turist axını səbəbindən iflic vəziyyətinə düşüb. Xüsusilə Positano, Çinkve-Terre və Romada küçələr insan seli ilə dolub, yerli sakinlər isə normal hərəkət edə bilmədiklərini bildirirlər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, turistlər dar küçələri, pilləkənləri, dayanacaqları və əsas görməli yerləri tamamilə zəbt edib.

Ən ağır vəziyyət Amalfi sahillərində yerləşən Positanoda müşahidə olunur. Kadrlarda yüzlərlə insanın dar keçidlərdə çətinliklə hərəkət etdiyi, tez-tez dayanaraq dəniz mənzərəsi və rəngarəng evlərlə şəkil çəkdirdiyi əks olunub. Bu səbəbdən mağaza və restoranların girişləri belə bağlanır.

Qonşu Noçera-İnferiore şəhərinin sakini Antonio Attianese region rəhbərliyini sərt tənqid edib: “Əgər bələdiyyələr bu xaosu istəməsəydi, çoxdan tədbir görərdilər. Bu problem illərdir davam edir və vəziyyət getdikcə daha da pisləşir”.

Oxşar mənzərə Çinkve-Terredə də yaşanır. Turistlər avtobus və qatarlara hücum edir, müşahidə platformalarında uzun növbələr yaradırlar.

Seçilən
4
publika.az

1Mənbələr