“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda İngiltərə klubundan ayrıldıqdan sonra karyerasına bir illik fasilə verəcək.
Publika.az xəbər verir ki, jurnalist Serxio Qonsalesin “X” sosial media səhifəsində verdiyi məlumata görə, 55 yaşlı mütəxəssisin klub futboluna qayıtması çox az ehtimal olunur.
Mənbənin məlumatına görə, Qvardiola yalnız milli komandada işləmək təklifi alacağı təqdirdə məşqçiliyə qayıtmağa hazır olacaq.
Daha əvvəl media Qvardiolanın “Mançester Siti”dən ayrılacağını bildirmişdi.