AZ

UN-Habitat rəhbəri: Azərbaycan qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üzrə işçi qrupuna həmsədrlik edir

Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün bu ərazilərin rəsmi şəkildə tanınması və bütün sektorları əhatə edən inteqrə edilmiş həllərin tətbiqi vacibdir.

APA-Economics” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Somali ilə birlikdə UN-Habitat-ın mənzil məsələləri üzrə açıq tərkibli işçi qrupu çərçivəsində qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üzrə müzakirələrə həmsədrlik edir.

Anaklaudiya Rossbax qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin tanınması və bu ərazilərlə bağlı məlumatların statistika və siyahıyaalma sistemlərinə daxil edilməsi əsas prioritetlərdəndir.

UN-Habitat rəhbəri vurğulayıb ki, bu ərazilər yalnız problem zonası deyil, həm də şəhərlərə gələn insanlar üçün təhsil, səhiyyə, məşğulluq və digər imkanlara çıxış qapısıdır.

O əlavə edib ki, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün mənzil, infrastruktur, sosial xidmətlər və maliyyə sahələrini əhatə edən inteqrə edilmiş həllər tələb olunur.

Seçilən
38
4
apa.az

5Mənbələr