Türkiyənin Malatya şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Yeraltı təkanlar Malatyanın Battalqazi rayonunda qeydə alınıb.
Zəlzələnin episentrinə yaxın olan digər ətraf vilayət və rayonlarda da güclü sarsıntı hiss olunub. Hadisə nəticəsində əhali arasında qısamüddətli təşviş yaşanıb.
Təbii fəlakətlə bağlı dağıntı və xəsarət alanlar barədə rəsmi qurumlar tərəfindən araşdırmalar davam etdirilir
Musavat.com