AZ

Haris Piplas: OECD ilə fəlakət risklərinə, böhranlara necə cavab verməyi araşdırırıq

İstixana qazı emissiyalarının təxminən 70%-i şəhərlərdə yaranır.

APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Praktikada Şəhər Transformasiyası: Təhlükəsiz və Dayanıqlı İcmalar üçün Şəhər Təcrübələri” adlı tədbirdə İsveçrənin Drees & Sommer şirkətinin “İnteqrasiya olunmuş şəhər həlləri” istiqaməti üzrə rəhbəri Haris Piplas deyib.

O qeyd edib ki, eyni zamanda biz sürətlə dəyişən cəmiyyətdə yaşayırıq:

“Artıq sadəcə “24/7” işləyən cəmiyyət deyil, həyat və iş modellərinin fundamental şəkildə dəyişdiyi dövrdə yaşayırıq. Ekoloji, sosial, təhlükəsizlik problemləri artıq şəhərlərin gündəlik reallığıdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və digər tərəfdaşlarla birlikdə fəlakət risklərinə, böhranlara necə cavab verməyi araşdırırıq. Bu sahədə əldə etdiyimiz təcrübələri yüksək səviyyəli müzakirələrə daşımağa çalışırıq. Çünki praktik urban fəaliyyətlə, yüksək səviyyəli siyasi müzakirələr bir-birindən ayrı olmamalıdır. Biz sadəcə deklarativ sessiyalar keçirməməliyik. Urban fəaliyyət və qərarvermə bir-birinə inteqrasiya olunmalıdır. Bu isə, əlbəttə ki, asan deyil”.

Haris
Seçilən
57
2
apa.az

3Mənbələr