AZ

Tək içmək istəyi alkoqolizmin xəbərçisi ola bilər » AzadMedia.az


Rusiyalı narkoloq bildirib ki, səbəbsiz yerə və təkbaşına spirtli içki qəbul etmək istəyi alkoqolizmin ilkin əlamətlərindən biri hesab olunur.

Mütəxəssisin sözlərinə görə, alkoqol asılılığının bəzi əlamətlərini yalnız həkim müəyyən edə bilər. Lakin bəzi simptomları insan özü də müşahidə edə bilər. Xüsusilə, heç bir səbəb olmadan tək içmək istəyi “təhlükəli siqnal” sayılır.

Qeyd olunub ki, əvvəllər ayda bir dəfə spirtli içki qəbul edən şəxsin sonradan bunu həftədə bir neçə dəfə etməsi, içmək üçün yeni bəhanələr tapması və qarşıdakı məclisi düşünərkən əhvalının yaxşılaşması risk əlamətləri sırasında yer alır.

Bundan başqa, tədbirdən sonra içməyə davam etmək istəyi, alkoqola emosional reaksiyanın dəyişməsi, xırda xəsarətlərin yaranması, sənəd və əşyaların itirilməsi, sərxoş vəziyyətdə zaman və məkan hissinin itməsi də asılılığın göstəriciləri hesab olunur.

Mütəxəssis bildirib ki, bu əlamətlərdən üç və ya daha çoxu müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.

Digər bir açıqlamada isə qeyd olunub ki, az miqdarda spirtli içkilərin müntəzəm qəbulu belə bir ildən sonra məişət alkoqolizminin yaranmasına səbəb ola bilər. Bu mərhələdə fiziki və psixoloji asılılıq açıq görünməsə də, sağlamlığa zərər artıq başlamış olur.
Seçilən
24
1
azadmedia.az

2Mənbələr