AZ

​İcra başçısı üçün özəl gün

Bu gün Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovun doğum günüdür. Onun 67 yaşı tamam olur. Metbuat.az xəbər verir ki, Taleh Qaraşov 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olub. O, 1982-1983-cü illərdə Kürdəmir rayon partiya komitəsində təlimatçı, 1986-1991-ci illərdə şöbə müdiri, 1991-1996-cı illərdə isə Kürdəmir rayon icra hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. Talen Qaraşovun ulduzu gənc yaşlarında parlayıb. Qaraşov mərhum prezident Heydər Əliyevin Sərəncamı ilə 1996-cı ildə Kürdəmir rayon icra hakimiyyətinin başçısı təyin olunub. Taleh müəllim 30 ildir Azərbaycanın müxtəlif rayonlarına rəhbərlik edir. O, 6 il Kürdəmirdə çalışandan sonra 2002-2006-cı illərdə Cəlilabad rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutub. T.Qaraşov 2006-2011-ci illərdə Neftçalaya rəhbərlik edib. Stajlı icra başçısının əmək kitabçasında Astara rayonunun da adı var. Qaraşov 2011-2012-ci illərdə Astara rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləyib.Taleh Qaraşov hazırda Lənkəran şəhər icra hakimiyyətinin başçısıdır. O, Prezident İlham Əliyevin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Taleh Qaraşov Xocavəndin rəhbəri Eyvaz Hüseynovdan sonra ölkədə bu postu tutan ən uzunömürlü icra başçısı sayılır.

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
0
metbuat.az

1Mənbələr