AZ

Putin: Rusiya-Çin tərəfdaşlığı yeni dövrdə dövlətlərarası münasibətlərin modelidir

Yeni dövrdə Rusiya ilə Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqə müasir dünyada dövlətlərarası münasibətlər üçün bir modeldir.

Ölkə.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Pekində Çin lideri Si Cinpinlə görüşdə deyib.

Putinin sözlərinə görə, iki tərəfin əməkdaşlığı bərabərlik və bir-birinin maraqlarının nəzərə alınması, qarşılıqlı dəstək, dostluq və "həqiqi mehriban qonşuluq" prinsiplərinə əsaslanır. O əlavə edib ki, Rusiya Çinlə əməkdaşlığı daha da inkişaf etdirmək və ölkələrin əməkdaşlıq edərək çoxqütblü dünyaya doğru davamlı inkişaf üçün təməl yaratdıqları beynəlxalq forumlarda fəal iştirak etmək niyyətindədir.

Çin Prezidenti isə öz növbəsində Moskva və Pekin arasında münasibətlərin uzunmüddətli, sabit və yüksək keyfiyyətli inkişafının təşviq edilməsinin iki ölkə üçün strateji seçim olduğunu və bu seçimin "ölkələrin fundamental maraqlarına və qlobal inkişafın ümumi tendensiyasına" əsaslanaraq edildiyini bildirib.

Si Cinpin həmçinin iki ölkə arasında daha möhkəm "qarşılıqlı etimad təməli" qoymaq, əməkdaşlığın keyfiyyətini artırmaq və dostluğu genişləndirmək üçün Putinlə əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün bütün səyləri göstərməyə çağırıb.

 Mürtəza

Seçilən
34
1
olke.az

2Mənbələr