AZ

Yaponiya sahillərində 5,9 bal gücündə zəlzələ baş verdi

Yaponiya
Yaponiya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib. 1news.az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, zəlzələ Kaqoşima prefekturasına bağlı Vadomari bölgəsinin 8 kilometr şərqində, dənizdə qeydə alınıb.
ABŞ Geoloji Araşdırmalar Mərkəzi bildirib ki, 5,9 bal gücündə olan zəlzələ təxminən 42 kilometr dərinlikdə baş verib.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və ya mal itkisi qeydə alınmayıb. Zəlzələdən sonra sunami xəbərdarlığı da edilməyib.

Seçilən
0
4
1news.az

5Mənbələr