BAKI, 20 may. TELEQRAF
Qarabağda Ağalı kəndində yaradılan şərait heyrətamizdir.
Teleqraf xəbər verir ki, bunu İsveçrədə İnteqrasiya olunmuş Şəhər Həlləri üzrə drektor Haris Piplas WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Şəhər Transformasiyası Praktikada: Təhlükəsiz və Dayanıqlı İcmalar üçün Şəhər Təcrübələri" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Avropada şəhər və kənd həyatı ilə bağlı bəzi siyasi nəzəriyyələr var, lakin müxtəlif regionlarda fərqli praktikalar mövcuddur: "Məsələn, Qarabağda Ağalı kəndində yaradılan şərait çox yaxşıdır. Bura həm şəhər, həm də kənddir.
Burada daha çox şəhərətrafı yaşayış tipinə bənzəyən ev modeli qurmağa çalışılıb, eyni zamanda hər ev və hər yaşayış vahidi üçün kiçikmiqyaslı kənd təsərrüfatı fəaliyyəti də nəzərdə tutulub. Bu təcrübələrdən yararlanmaq olar".