AZ

“Bloomberg”: 5 min Amerika əsgəri Avropanı tərk edəcək

ain.az, Ayna saytına istinadən bildirir.

NATO rəsmisi ABŞ qoşunlarının Avropadan çıxarılması ilə bağlı təfərrüatları açıqlayıb

“ABŞ Avropadan 5000 əsgərini çıxaracaq və uzunmüddətli perspektivdə daha çox əsgərin geri çəkilməsi ehtimalı var”. AYNA.AZ “Bloomberg”ə istinadən bildirir ki, bu sözləri NATO-nun regiondakı Ali Müttəfiq Qüvvələrinin komandanı Aleksus Qrinkeviç deyib.

Hərbi rəsmi Polşaya göndərilməsi planlaşdırılan dörd min əsgərlə bağlı deyib ki, "bu əsgərlərin əhəmiyyətli bir hissəsi geri qayıdan zirehli briqada döyüş qrupundan olacaq" .

Qrinkeviç əlavə edib ki, əvvəllər Almaniyaya təxminən 1000 əsgərdən ibarət uzun mənzilli artilleriya batalyonunun yerləşdirilməsi planlaşdırılırdı və bu da "azaldılacaq".

Qeyd edək ki, mayın 16-da Pentaqonun sözçüsü Joel Valdez Polşaya əlavə ABŞ qoşunlarının yerləşdirilməsini ləğv etmək qərarının gözlənilməz olmadığını bildirib. O təşəbbüslərin ABŞ-ın Avropa Komandanlığının rəhbərləri ilə məsləhətləşmələr çərçivəsində irəli sürüldüyünü söyləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
ayna.az

1Mənbələr