AZ

Gürcüstan Dəmir Yolları Tbilisidən Bakıya qatar biletlərinin satışına başladı?

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər veridiymiz kimi, “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, mayın 26-da Bakı-Tbilisi-Bakı marşrutu üzrə müntəzəm qtar reyeslr bərpa edilir.

Qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bu barədə ADY məlumat yayıb.

Məlumata görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.

Hələlik ADY biletlərin qiymətini ictimaiyyətə açqılamayıb və bilet satıına start verilməyib. Ancaq Bakı Dəmiryolu vağzalında artıq Tbiisiyə gedən qatarın gətrldiyi bildirlir.

“Cebheinfo.az”-ın kiçik araşdırması göstərib ki, Gürcüstan Dəmir Yolları da hələlik Tbilisidən Bakıya qatar biletlərinin satışına başlamayıb. Bu barədə onlayn bilet satışı resurslarında məlumat hələlik yoxdur.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr