AZ

Hamlet Musayevin qızı həbsdən azad edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq qərar qəbul edilib.

M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyeva ilə barışıq əldə edib. O, külli miqdarda məbləği hissə-hissə ödəməyə razılaşıb.

Tərəflər arasında razılıq əldə edildiyindən istintaq orqanı həbsin davamına ehtiyac görməyib. M.Musayeva polis nəzarəti şərti ilə təcridxanadan azad edilib.

Qeyd edək ki, M.Musayeva bir neçə ay əvvəl həbs edilib. O, sanksiyasında 14 ilə kimi həbs nəzərdə tutulan xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham edilir.

Seçilən
20
28
manset.az

10Mənbələr