AZ

Eşref Rüya Çağatayın sevgilisinə görə vaxtından tez bitir?

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur serialın qəfil final etməsi ətrafında maqazin gündəmini sarsıdan iddialar yayılıb. Ekran işinin bitməsinə baş rol ifaçısının sevgilisinin qısqanclıq hisslərinin səbəb olduğu irəli sürülüb.Demokrat.az xəbər verir ki, Çağatay Ulusoy və Demet Özdemirin baş rollarda çəkildiyi "Eşref Rüya" serialı mövsüm finalına hazırlaşarkən gözlənilmədən birdəfəlik bitirilmə qərarı alıb. Əvvəlcə layihənin çəkiliş xərclərinin hər həftə qatlanaraq artması və prodüser şirkətini çətin vəziyyətə salması iddia edilsə də, yeni yayılan məlumatlar hər kəsi təəccübləndirib. Belə ki, Çağatay Ulusoyun sevgilisi Aslıhan Malboranın qısqanclıq hisslərinin çəkiliş meydançasında ciddi problemlərə yol açdığı, aktrisanın tez-tez çəkilişlərə gələrək gərginlik yaratdığı deyilir.Aslıhan Malbora isə haqqında çıxan bu iddialara sərt reaksiya verib. O, məsələyə bu sözlərlə aydınlıq gətirib:"Gördüm bu şayiələri. Kimin dediyini tapın və məsul şəxslərdən soruşun, sizə real cavabı verəcəklər. İnsanlar çox qəddarlaşıb, niyyətləri pisdir. Baş verənlərin mənimlə heç bir əlaqəsi yoxdur. Belə böyük layihələrin taleyi yəqin ki, məndən asılı ola bilməz".İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
demokrat.az

1Mənbələr