AZ

“Putin və Si Cinpin arasında münasibətlərin məzmunu xüsusi əhəmiyyət daşıyır” - Peskov

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Çin liderləri arasında münasibətlərin məzmununa böyük önəm verildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Peskov "RİA Novosti" agentliyinə danışıb.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşlərin mərasim hissəsini müqayisə etməyin mənası yoxdur.

Peskovun sözlərinə görə, əsas məsələ görüşlərin formal tərəfi deyil, məzmunudur.

“Həm Si Cinpin, həm də Putin tərəfindən məhdud formatlı görüşün əvvəlində səsləndirilən ifadələri təhlil etsəniz, hər iki tərəfin bu məzmuna böyük əhəmiyyət verdiyi aydın olar”, - deyə o qeyd edib.

 

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
2
1
redaktor.az

2Mənbələr