ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Cənubi Afrikada qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsi dövlət və kommersiya banklarının iştirak etdiyi qarışıq maliyyələşdirmə modeli əsasında həyata keçirilir.
“APA-Economics” xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının İnsan Məskənləri naziri Tembisile Simelane WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hökumət aztəminatlı, yaşlı və əlilliyi olan şəxslərə pulsuz mənzillər təqdim edir.
Tembisile Simelane qeyd edib ki, dövlətin pulsuz mənzil proqramına uyğun gəlməyən, lakin kommersiya banklarından kredit almaq imkanları məhdud olan aşağı gəlirli vətəndaşlar üçün ayrıca maliyyə mexanizmləri mövcuddur.
Nazirin sözlərinə görə, bu məqsədlə Milli Mənzil Maliyyə Korporasiyası (National Housing Finance Corporation) kommersiya bankları ilə əməkdaşlıq edərək ilk evini almaq istəyən ailələrə maliyyə dəstəyi göstərir.
O əlavə edib ki, gənclər və işsiz şəxslər üçün hökumət infrastrukturla təmin olunmuş torpaq sahələri ayırır və bu ərazilərdə mənzillərin mərhələli şəkildə tikintisinə şərait yaradır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.