AZ

“Neftçi” səpələnmişlərdə olacaq

Azərbaycan Premyer Liqasında sona bir tur qalmış 4-cü yeri tutaraq UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirən “Neftçi” növbəti mövsümün ilk püşkatmasında səpələnmişlərdə yer alacaq.

Msport.az xəbər verir ki, 6,500 əmsala malik Bakı klubu I təsnifat mərhələsinin püşkü zamanı güclülər sırasında qərarlaşacaq.

Yuri Vernidubun yetirmələrinin 26 potensial rəqiblərindən 17-si artıq məlumdur. Həmin mümkün rəqiblər aşağıdakılardır: “Liepaya” (Latviya), “Ilves”, “İnter Turku” (hər ikisi Finlandiya), “UE Santa Koloma” (Andorra), “Konnah”, “Penibont”, “Kaernarfon Taun” (hamısı Uels), “Bohemians” (İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Cəbəllüttariq), “Malişeva” (Kosovo), “Yelimay” (Qazaxıstan), “Hegelmann” (Litva), “Runavik” (Farer adaları), “Qlentoran” (Şimali İrlandiya), “Marsaxlokk” (Malta), “Nomme Kalyu” (Estoniya).

Qeyd edək ki, Konfrans Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu raundun oyunları iyulun 9-da və 16-da olacaq.

Seçilən
11
msport.az

1Mənbələr