Serbiyalı mərkəz hücumçusu Duşan Vlahoviç "Yuventus"dan ayrılaraq İtaliya A Seriyasının başqa bir nəhənginə keçə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Calciomercato" yayıb.
Mənbənin məlumatına görə, "Milan" hücumçunun transferində maraqlıdır. Keçidin baş tutması komandanın 2025/26 mövsümünün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazanmasından asılıdır. Məsələ burasındadır ki, Duşan karyerasını Çempionlar Liqasının növbəti mərhələsində mübarizə aparacaq klubda davam etdirmək istəyir. Bu baxımdan, Milan klubunun da mövqeyi futbolçu ilə üst-üstə düşür.
Serb futbolçu bu mövsüm "qoca Sinyora"nın heyətində 18 oyunda meydana çıxıb və 5 qol vurub. Onun bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.
Mirağa