AZ

Ermənistanda seçkiöncesi gərginlik: Vardan Oskanyan Avropanı susmamağa çağırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bəyan edib ki, 7 iyun 2026-cı il parlament seçkilərindən sonra ölkə yeni bir siyasi mərhələyə qədəm qoya bilər. Oskanyan qeyd edib ki, Ermənistan seçkilərə demokratik rəqabət mühitində deyil, qorxu, təzyiq və inzibati resurslardan sui-istifadə şəraitində gedir. 

Baş nazir Nikol Paşinyanın müxalifət liderlərini hədələməsini, Dağlıq Qarabağdan köçmüş şəxslərə və sıravi vətəndaşlara qarşı təhqiramiz ritorika nümayiş etdirməsini kəskin tənqid edən keçmiş nazir, Avropa ittifaqını və qərbli müşahidəçiləri bu hadisələrə qarşı səssiz qalmamağa çağırıb. Oskanyanın sözlərinə görə, Avropanın geosiyasi maraqlar naminə bu qanunsuzluqlara göz yumması onun demokratik imicinə ciddi zərbə vurur və erməni xalqında qərb dəyərlərinə qarşı inamsızlıq yaradır. 

Keçmiş nazir vurğulayıb ki, Avropanın uzunmüddətli tərəfdaşı konkret rejimlər deyil, Ermənistan dövləti və xalqı olmalıdır, hazırkı şəraitdə susmaq isə neytrallıq deyil, mövcud repressiyalara şərik olmaq deməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
1
olaylar.az

2Mənbələr