AZ

NATO-dan Ağ Evə cavab: Qoşunlarının çıxarılması planlarımıza təsir etməycək

ABŞ qoşunlarının Avropadan  çıxarılması NATO-nun qitədəki planlarına təsir göstərməyəcək.

Ölkə.az xəbər verir ki, bunu Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR) general Aleksus Qrinkeviç Vaşinqtonun Almaniyadan təxminən 5000 əsgərini çıxarması məsələsini şərh edərkən deyib.

Qrinkeviç uzunmüddətli perspektivdə ABŞ-ın Avropadan daha çox hərbi qüvvələrinin çıxarılmasının gözlənildiyini qeyd edərək bildirib ki, Alyansın Avropa qolu gücləndikcə, bu, ABŞ-a Avropadakı mövcudluğunu azaltmağa və müttəfiqlərin hələ təmin edə bilmədiyi vacib imkanları təmin etməklə məhdudlaşmağa imkan verir.

Qrinkeviç əlavə edib ki, müttəfiqlər müdafiə qabiliyyətlərini artırdıqca ABŞ Avropadakı imkanlarını geri çəkə və onlardan digər qlobal prioritetlər üçün istifadə edə bilər.

Mürtəza

Seçilən
26
2
olke.az

3Mənbələr