AZ

Bu gün Avropa Liqasının qalibi məlum olacaq


Almaniyanın “Frayburq” və İngiltərənin “Aston Villa” komandaları bu gün Avropanın ikinci ən böyük klub yarışı olan Avropa Liqasının finalında qarşılaşacaqlar.
Yeniavaz.com
xəbər verir ki, qarşılaşma İstanbuldakı “Beşiktaş Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Matçı Fransadan olan baş hakim Fransua Leteksye idarə edəcək.
Komandaların finala gedən yolları oxşar olub. “Aston Villa” əsas mərhələdə ikinci yeri tutaraq, birbaşa 1/8 finala yüksəlib. Pley-offda İngiltərə komandası Fransanın “Lill” (1-0, 2-0), İtaliyanın “Bolonya” (3-1, 4-0) və İngiltərənin “Nottinqem Forest” komandalarına (0-1, 4-0) qalib gəlib. “Frayburq” da əsas mərhələdə yeddinci yeri tutaraq, birbaşa 1/8 finala yüksəlib. Almaniya komandası daha sonra Belçikanın “Genk” (0-1, 5-1), İspaniyanın “Selta Viqo” (3-0, 3-1) və Portuqaliyanın “Braqas” komandalarını (1-2, 3-1) məğlub edib.
Seçilən
30
2
yeniavaz.com

3Mənbələr