AZ

“Qarabağ”ın sabiq hücumçusunun “Pumas”da oyunu narahatlıq yaradıb FOTO/VİDEO

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Braziliyanın “Flamenqo” futbol klubunda Juninyo ilə bağlı qərar yenidən müzakirə mövzusuna çevrilib.

İdman.Biz xəbər verir ki, klub rəhbərliyi “Qarabağ”ın sabiq hücumçunun komandadan tez göndərilməsini səhv addım sayıb. Braziliya təmsilçisi Juninyonun transferini yox, onun dekabrda Meksikanın “Pumas” futbol klubuna satılmasını yanlış qərar hesab edir.

Juninyo 2025-ci ildə “Flamenqo”nun yeni rəhbərliyi dövründə ilk transfer olub.

“Flamenqo”nun prezidenti Luis Eduardo Baptista Juninyo ilə bağlı qərarda məsuliyyətin klubun üzərinə düşdüyünü deyib:

“Juninyo transferində hər şey istədiyimiz kimi alınmadı. Məncə, bunun səbəbi futbolçu deyildi, səhv bizim idi. Leo Pereyra azarkeşlər tərəfindən qəbul olunmaq üçün bir il yarım gözlədi. Mişael bir ildən çox, Rodiney demək olar ki, iki il, Erik Pulqar isə bir il gözlədi. Bu gün futbolçu gələn kimi hamı ondan dərhal yüksək səviyyədə oyun gözləyir. “Flamenqo” kimi klubda oynamaq asan deyil. Diqqət, tələb, təzyiq - bunların hamısı bir paketdir. Juninyonun uyğunlaşmaq üçün daha çox zamana ehtiyacı vardı”.

Xatırladaq ki, Juninyo 2025-ci ilin yanvarında “Qarabağ” futbol klubundan “Flamenqo”ya keçib. Bu transfer Braziliya klubuna beş milyon avroya (10 milyon AZN) başa gəlib. Hücumçu “Flamenqo”da cəmi bir il çıxış edib.

Braziliya klubunda Juninyo 32 oyuna çıxıb. Onlardan yalnız yeddisində start heyətində yer alıb. Hücumçu bu müddətdə dörd qol vurub.

Dekabrda “Pumas”a keçən Juninyo Meksikada daha məhsuldar çıxışı ilə diqqət çəkib. Hücumçu yeni komandasında 20 oyunda səkkiz qol və dörd assistlə 12 qolda birbaşa iştirak edib. Bu göstərici “Flamenqo” rəhbərliyinin qərara yenidən baxmasına səbəb olan əsas məqamlardan biri kimi təqdim olunur.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
icma.az

1Mənbələr